Dövlət sərhədini pozan şəxs saxlanılıb

Dövlət sərhədini pozan şəxs saxlanılıb

Dekabr ayının 24-də saat 02:20-də Dövlət Sərhəd Xidmətinin (DSX)  Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində bir nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb.

Saxlanılan şəxsin Yardımlı rayonu­nun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar oluna­raq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

photo 20221226131746 e1672052577664

Poliqon.az

CATEGORIES