Dövlət sərhədini pozan şəxslər saxlanılıb
Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılmıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.