Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən beş nəfər Pakistan vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mətkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

photo 20221224112233

Poliqon.az

CATEGORIES