Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.