Dövlət sərhədini pozmaq istəyən şəxs saxlanılıb – VİDEO
Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.