Dövlət sərhədini pozmaq istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmaq istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, dekabr ayının 4-də saat 03:30-da DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən, 160 nəfər isə dövlət sərhədini pozduqlarına görə saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

12 1

Poliqon.az

CATEGORIES