Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, aprel ayının 12-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya istiqamətində isə 4 nəfər (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 nəfər Əlcəzair vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 b63077d02f0f39fa42c426a9c4f55da1 2 d8e2db53407a811cd47fe505b45e3006 3 16ac1f9d6f160b105d2674b1d66be623

CATEGORIES