Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.
Sərəncamla DSX-nin hərbi qulluqçuları – DSX Sahil Mühafizəsinin rəisi, polkovnik Əfqan Vəli oğlu Nağıyev, DSX Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini – Maddi-Texniki Təminat Qərargahının rəisi, polkovnik Cavid Mirhəmzə oğlu Abdullayev və DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi polkovnik Azad Qaçay oğlu Ələkbərova general-mayor ali hərbi rütbəsi verilib.
Prezidentin başqa bir sərəncamı ilə, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə DSX-nin bir qrup hərbi qulluqçusu orden və medallarla təltif edilib.