DSX: Ermənistan Ordusu Qazax rayonu istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejimini pozmaqda davam edir.
Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində DSX Sərhəd Qoşunlarının sərhəd döyüş məntəqələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.




