DSX: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil

DSX: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil

Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

“Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk”, – deyə DSX qeyd edib.

Poliqon.az

CATEGORIES