DSX-nin əsgəri özünü güllələyib
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
Baş Prokurorluğun mətbuat xidmətindən “Poliqon”un sorğusuna cavab olaraq bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.
CATEGORIES Xəbərlər