DSX-nın internet saytı yaradılır
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) internet saytı yaradılır. “AzeriDefence”nin məlumatına görə, sayt www.dsx.gov.az ünvanında yerləşəcək.
Saytda DSX-nın tarixi, fəaliyyəti və s. məlumatlar yer alacaq.
Hazırda DSX-nın strukturlarından yalnız Sərhədçi İstirahət Mərkəzinin internet saytı (www.serhedchi.com) mövcuddur.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytı fəaliyyətə başlayıb.
KATEQORIYA: Müdafiə