DSX-nin Mətbuat Mərkəzinə yeni təyinat olub

DSX-nin Mətbuat Mərkəzinə yeni təyinat olub

Dövlət Sərhəd Xidmətinin (DSX) Kütləvi informasiya vasitələri ilə iş şöbəsinə (Mətbuat Mərkəzi) yeni təyinat olub.

“Poliqon” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin imzaladığı müvafiq əmrə əsasən polkovnik-leytenant Aftandil Abbasov DSX-nin Kütləvi informasiya vasitələri ilə iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bundan əvvəl bu vəzifədə fəaliyyət göstərən polkovnik Maya Şərifova hazırda DSX-də başqa təyinatda xidmətini davam etdirir.

Poliqon.az

CATEGORIES