
DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib
Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.
CATEGORIES Xəbərlər
TAGS Manşet