Xəbərlər

DSX rəisinin əmri ilə xidməti fəaliyyətlərində və yarışlarda nailiyyətlər əldə edən idmançılar təltif olunub

Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanan “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə görüş keçirilib, əldə etdikləri nailiyyətlər münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanıb. “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilib.

Görüşdə dövlət sərhədlərin keşiyində ayıq-sayıq duraraq milli maraqların müdafiəsini şərəflə təmin edən hərbi qulluqçular kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda Azrbaycanı layiqli təmsil etdikləri vurğulanıb, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunub.

Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edən idmançılar təltif olunub.

photo 20220416152438

Poliqon.az

Back to top button