E-2D “uçan radar”ı PUA-ları idarə edəcək

E-2D “uçan radar”ı PUA-ları idarə edəcək

ABŞ Hərbi Dəniz Qüvvələrində pilotlu və pilotsuz uçuş aparatlarının qarşılıqlı əlaqəsinin yaradılmasına dair təcrübələr davam etdirilir.

“Poliqon” xəbər verir ki, bu istiqamətdə növbəti addım E-2D “Advanced Hawkeye” uzaq radiolokasiya aşkaretmə (URLA) təyyarələrinin və MQ-25A “Stingray” tanker-PUA-nın digər PUA-larla qarşılıqlı əlaqəsidir.

ABŞ Hərbi Dəniz Qüvvələri, E-2D “Advanced Hawkeye” göyərtə təyyarələrinin məlumat əksetdirmə sistemləri üçün bort kompüterini və proqram təminatını dəyişdirməkdən ötrü “Northrop Grumman” şirkəti ilə ekzklüziv bir müqavilə bağlamağı planlaşdırır.

“Flight Global” nəşrinə görə, bu təkmilləşdirmələrin həyata keçirilməsindən sonra təyyarə pilotsuz uçuş aparatlarını idarə edə biləcək.

Bu layihənin təfərrüatları hələ açıqlanmır. Layihə çərçivəsində “Northrop Grumman” şirkəti URLA təyyarəsinin təkmilləşdirilmiş bort avadanlığı ilə PUA bort sistemlərinin laboratoriya sınaqlarını həyata keçirəcəyi və bundan sonra uçuş sınaqlarının aparılacağı məlumdur.

Qeyd edilir ki, E-2D URLA təyyarəsi tərəfindən idarə ediləcək pilotsuz uçuş aparatlarından biri “Boeing” şirkətinin perspektivli göyərtə tanker-PUA MQ-25A “Stingray” olacaqdır.

Pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzinin təyyarədaşıyan gəmilərdə yerləşməsinə baxmayaraq, hərbiçilərin hələ də PUA uçuşlarını birbaşa gəmidən olmadan idarə etmək və ya tənzimləmək istəməsi iddia edilir.

ABŞ Hərbi Dəniz Qüvvələri MQ-25A-nı kəşfiyyat və müşahidə, həmçinin elektron və zərbə hücumları üçün istifadə etmək imkanını düşünməyi planlaşdırır. Beləliklə, Hərbi Dəniz Qüvvələri “artıq təyyarədaşıyan gəminin göyərtəsində beş E-2D-nin olmasına ehtiyac olmadığından göyərtədə yerə qənaət etməyi” planlaşdırır.

us navy establishes first carrier based mq 25 stingray squadron

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS