EASA TUSAŞ-a sertifikat verdi
TUSAŞ şirkəti “Hürkuş” təlim təyyarəsi üçün EASA-dan “Dizayn Təşkili Sertifikatı” (Design Organization Certificate) alıb. Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib.
Sertifikatın alınması üçün EASA-ya 2007-ci ildə müraciət edilib. Bu sertifikat TUSAŞ mühəndis və dizaynerlərinin təhlükəsiz təyyarə hazırladıqlarını təsdiq etmiş olur. Eyni zamanda, 2007-ci ildən bu yana EASA və Mülki Aviasiya Baş İdarəsinin mütəxəssislərinin apardıqları yoxlamalardan müvəffəqiyyətlə keçən TUSAŞ-a hər cür təhlükəsizliyi nəzərə alaraq təyyarə hazırlamaq səlahiyyəti verilib.
Bu həmçinin EASA-nın Türkiyəyə verdiyi ilk təyyarə hazırlama səlahiyyətidir.
Qeyd edək ki, bu TUSAŞ-ın regional sərnişin təyyarəsi və döyüş təyyarəs və s. kimi yeni məhsulları hazırlama yolunu açır.