EDPOD elektron dəstək podu Türkiyə HHQ-nin inventarına daxil edilib

EDPOD elektron dəstək podu Türkiyə HHQ-nin inventarına daxil edilib

TÜBİTAK BİLGEM (Bilişim ve Bilgi Güvenliği İleri Teknolojiler Araştırma Merkezi) tərəfindən inkişaf etdirilən elektron dəstək podu (EDPOD) Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, yerli və milli imkanlarla hazırlanan EDPOD-un real radar sistemlərinə qarşı uçuş sınaqları da uğurla tamamlanıb.

“Müdafiə texnologiyalarında ölkəmizin xarici asılılığını azaltmaq məqsədilə inkişaf etdirilən EDPOD, elektron müharibə qabiliyyətlərimizə strateji töhfə verib”, – deyə nazir qeyd edib.

F-16 qırıcılarına inteqrasiya edilmiş EDPOD, radar siqnallarını qəbul edən taktiki elektron dəstək podudur. Bu pod düşmənin hədəf aşkarlama və izləmə, raket yönləndirmə və hədəf işıqlandırma radarlarına aid siqnalları qəbul edə, təhdidləri tanıya, qeydiyyata ala və onların dəqiq yerini müəyyənləşdirə bilir.

CATEGORIES
TAGS