ANKA III ilk dəfə gövdə daxilindən atış həyata keçirib

ANKA III ilk dəfə gövdə daxilindən atış həyata keçirib

TUSAŞ şirkətinin inkişaf etdirdiyi ANKA III pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN şirkətinin istehsalı olan TOLUN miniatür bombası ilə ilk dəfə gövdə daxilindən atış yerinə yetirib.

“Poliqon”un TUSAŞ-a istinadən verdiyi xəbərə görə, sınaq zamanı 20 min fut yüksəklikdə 180 knot sürətlə uçan ANKA III pilotsuz döyüş təyyarəsi TOLUN bombası ilə atışı uğurlu və dəqiq şəkildə həyata keçirib.

Qeyd olunub ki, gövdə daxilindən edilən atışla ANKA III əməliyyat qabiliyyətini və mühəndislik bacarığını bir daha sübut edib.

Əlavə məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayında da ANKA III 20 min fut yüksəklikdə 180 knot sürətlə uçarkən TOLUN ilə atış həyata keçirib. Ancaq həmin vaxt PDT bu sursatı  gövdəsinin daxilindən deyil, qanadının altındakı xarici asqıdan buraxıb.

CATEGORIES
TAGS