“Efes-2022” təlimində “Kargu” PUA tətbiq edilib

“Efes-2022” təlimində “Kargu” PUA tətbiq edilib

STM tərəfindən milli imkanlarla inkişaf etdirilən “Kargu” kamikadze pilotsuz uçuş aparatı (PUA) “Efes-2022” çoxmillətli təlimində Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən dəniz əməliyyatlarında istifadə edilib.

“Poliqon”un Türkiyə bürosunun verdiyi məlumata görə, “Kargu” PUA ilə qurudakı hədəf dənizdən uğurla zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri, HDQ və Jandarma Baş Komandanlığının fəal şəkildə istifadə etdiyi “Kargu” PUA-ların iki ölkəyə ixracı da həyata keçirilib. “Kargu” PUA daha əvvəl Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri tərəfindən müxtəlif döyüş bölgələrində uğurla istifadə edildiyindən döyüşdə sübut edilib.

Xatırladaq ki, “TEKNOFEST-Azərbaycan” festivalı zamanı STM-in baş direktoru Özgür Gülərüz “Poliqon” jurnalına müsahibəsində 20-dən çox ölkə ilə “Kargu” PUA-larının tədarük edilməsinə dair danışıqların aparıldığını bildirmişdi. (https://poliqon.az/ozgur-guleruz-stm-20-den-cox-olke-ile-kargu-pua-nin-tedarukune-dair-danisiqlar-aparir/)

2017-ci ildən bəri Türkiyə ordusunun arsenalına daxil edilən “Kargu” PUA gündüz və gecə kəşfiyyat və hücum əməliyyatları üçün nəzərdə tutulub. “Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. İstehsal prosesində təkmilləşdirilən “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olur.

“Kargu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.

RHP 3728 — копия e1653985651785

CATEGORIES
TAGS