“Elbit Systems” adı açıqlanmayan müştəriyə özünümüdafiə sistemləri ixrac edəcək

“Elbit Systems” adı açıqlanmayan müştəriyə özünümüdafiə sistemləri ixrac edəcək

İsrailin “Elbit Systems” şirkəti Asiya-Sakit okean regionundakı adı açıqlanmayan müştəriyə hərbi təyinatlı məhsullar ixrac edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 200 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkət adı açıqlanmayan müştərinin hərbi helikopterlərini elektron müharibə (EW) və lazer texnologiyalı sistemlər ilə təchiz edəcək. Bu isə həmin helikopterlərin özünümüdafiə bacarığının artırılmasına və əməliyyat ərazisində daha rahat hərəkət etmələrinə şərait yaradacaq.

Qeyd edək ki, adı çəkilən məhsular PAWS IR (Infra-Red Passive Airborne Warning Systems) və DIRCM (Mini-MUSIC Direct Infra-Red Counter Measure) sistemləridir.

Poliqon.az

CATEGORIES
TAGS