
“Elbit Systems” adı açıqlanmayan ölkənin tanklarını təkmilləşdirəcək
İsrailin “Elbit Systems” şirkəti əsas döyüş tanklarının təkmilləşdirilməsi üçün adı açıqlanmayan müştəriylə ümumi dəyəri 240 milyon ABŞ dolları olan iki müqavilə imzalayıb.
“Poliqon” xbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.
Məlumatda müqavilələrdən birinin 60 milyon, digərinin isə 180 milyon ABŞ dolları dəyərində olduğu bildirilib.
Belə ki, 60 milyonluq müqaviləyə görə şirkət əsas döyüş tanklarını bir il müddətində, 180 milyonluq müqaviləyə əsasən isə dörd il ərzində modernləşdirib sifarişçiyə təhvil verəcək.
CATEGORIES Xəbərlər
TAGS Elbit Systems