“Elbit Systems” şirkəti ABŞ Ordusuna əlavə gecəgörmə cihazları tədarük edəcək

“Elbit Systems” şirkəti ABŞ Ordusuna əlavə gecəgörmə cihazları tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti ABŞ Ordusuna ENVG-B (Enhanced Night Vision Goggle – Binocular) gecəgörmə cihazları tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı “Elbit Systems of America” şirkəti və Pentaqon arasında müqavilə imzalanıb.

Bildirilib ki, dəyəri 107 milyon dollar olan müqavilənin şərtlərinə ENVG-B gecəgörmə cihazlarının tədarükü, ehtiyyat hissə və  logistika dəstəyi daxildir. Bu cihazların ABŞ Ordusuna 2023-2024-cü illərə qədər çatdırılması planlaşdırılıb.

ENVG-B, qaranlıqda obyektləri adi rənglərə mümkün qədər yaxın şəkildə göstərən yeni nəsil ENVG dəbilqəyə quraşdırılan termal kameranın daha da təkmilləşdirilmiş versiyasıdır. Naqilsiz məlumat ötürülməsini dəstəkləyən FWS-I termal nişangahı ilə birlikdə döyüşçülər gizləndikləri sığınacağı tərk etmədən və ya küncdən nişangahın görüntüləri binokulyara almaqla hədəfləri məhv edə biləcəklər.

Termal kameralar gecə nişangahı hesab edilsə də, ENVG-B binokulyarının FWS-I nişangahı ilə birləşməsi ABŞ əsgərlərinə gündüz saatlarında tüstü, duman və görmə qabiliyyətini məhdudlaşdıran digər hallarda işləməsinə imkan verəcəkdir. Gələcəkdə ENVG-B binokulyarının digər sistemlərdən, məsələn, pilotsuz uçuş aparatlarından görüntü qəbul etmək imkanlarına uyğunlaşdırılması da planlaşdırılır (həmçinin bax: ABŞ ordusu üçün binokulyar gecəgörmə cihazı ENVG-B).

Poliqon.az

CATEGORIES
TAGS