Elnur Qasımov: “ANAMA-nın qrupları humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, bəzən atəş altında fəaliyyət göstərirlər”

Elnur Qasımov: “ANAMA-nın qrupları humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, bəzən atəş altında fəaliyyət göstərirlər”

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bu gün Hərbi İnformasiya Mərkəzində brifinq keçirib.

Azeri Defence saytının məlumatına görə, brifinqdə ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov çıxış edərək bildirib ki, bildirib ki, 27 sentyabrdan 8 oktyabra qədər Daxili İşlər Naxirliyinin 102 və Fövqəladə Hallar Nazirliyinin 112 xidməti zəng mərkəzlərindən Agentliyə 402 çağırış olub. Nəticədə 366 əməliyyat çıxış olub.

“Bu çıxışlar hər dəqiqə dəyişir, çünki agentliyin qrupları kiçik bölmələr şəklində yaşayışq məntəqələrində, şəhərlərdə və digər məntəqələrdə çağırışlara caab olaraq dərhal həmin ərazilərə gedir və əhali ilə görüşür, onları təhlükəyə məruz qoya biləcək obyektlərin götürülməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi işləri həyata keçirilir”, – deyə Elnur Qasımov vurğulayıb.

E.Qasımov bildirib ki, Ermənistan ordusunun ardıcıl təxribatları, eləcə də mülki əraziləri atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qvvələri tərəfindən uğurlu əməliyyatlar aparılmaqdadır: “Bəzən Agentliyin qrupları humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, atəş altında fəaliyyət göstərirlər. Təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirilmə əməliyyatları Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab və Yevlax rayonları, eləcə də Mingəçevir şəhərlərində icra olunmaqdadır”.

ANAMA-nın əməliyyatlar üzrə meneceri onu da qeyd edib ki, düşmən müxtəlif növ sursatlardan istifadə edir: “Burdakı məlumatlar yalnız mülki ərazilərə aiddir. Beləliklə, Agentlik tərəfindən həftənin 7 günü günün 24 saatı fəaliyyət icra olunur. Aparılan humanitar fəaliyyətlər nəticəsində 1 ədəd aviabomba OFAB-100, Smerç qurğusundan atılan 23 ədəd 300 mm-lik 9M 528 raketi, 1 ədəd 9M528 raketinin mühərrik və döyüş başlığı hissələri, 1 ədəd 300 mm-lik 9M 55 K kaset döyüş başlığından ibarət raketin döyüş başlığı, 35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə reaktiv raketlər, 1 ədəd raketin təzyiq akkumlyatoru, 1 ədəd tank əleyhinə idarəolunan raket tapılıb. Bugünədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkar olunub. Bu rəqəm qısa müddətdən bir dəyişir”.

 

 

CATEGORIES
TAGS