Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi: Daxili Qoşunlarda ən başlıca vəzifələrdən biri hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsidir

Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi: Daxili Qoşunlarda ən başlıca vəzifələrdən biri hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsidir

Daxili Qoşunların polis orqanları ilə birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədilə birgə xüsusi-taktiki təlimlər təşkil edilir.

Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib ki, Daxili Qoşunlarda bu istiqamətdə ən başlıca vəzifələr hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsindən ibarətdir.

“Təlim prosesində əsas diqqət hərbi qulluqçularda peşəkarlıq vərdişlərinin təkmilləşdirilməsinə, habelə şəxsi heyətin komandir, ixtisas və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilir. Tədris ili ərzində təlim prosesinin əsaslarından olan nəzəri biliklərin tədrisi Daxili Qoşunların xüsusiyyətləri və döyüş təyinatı nəzərə alınmaqla, toplanışlarda, komandir hazırlığı məşğələlərində təşkil olunur.

Azərbaycan Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə ictimai təhlükəsizliyin təmini məqsədilə kütləvi iğtişaşların, törədilə biləcək cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə Daxili Qoşunların hərbi hissələrinin və polis orqanlarının birgə fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi əməliyyatların hərtərəfli təminatının təşkili, müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və koordinasiyası təcrübəsinin artırılması məqsədilə “Silahlı cinayətkar qrupun zərərsizləşdirilməsi üzrə xüsusi təyinatlı dəstənin fəaliyyəti” və “Yaşayış məntəqəsində ictimai asayişin qrup halında pozulması hallarının, cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınmasında şəxsi heyətin fəaliyyəti” mövzularında birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunaraq keçirilmiş və hal-hazırda bu təlimlərin keçirilməsi plana uyğun olaraq davam etdirilməkdədir”.

İdarə risi bildirib ki, bundan əlavə, şəxsi heyətin qarşılıqlı əlaqədə olan orqanlarla birgə fəaliyyətinin uzlaşması, koordinasiyalı hərəkətinin təmin edilməsi üçün müvafiq vəzifəli şəxslərin iştirakı ilə qərargah və komanda-qərargah təlimləri keçirilməkdədir: “Həmçinin işğaldan azad olunmuş ərazilərdə xidmətin təşkili və aparılması, qarşılıqlı əlaqədə olan orqanlarla şəxsi heyətin birgə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də praktiki təlimlər keçirilir və cari ildə də davam etdirilməkdədir”.

Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyevin müsahibəsi POLİQON jurnalının yeni sayında yayımlanacaq.

Poliqon.az

CATEGORIES
TAGS