Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər – STATISTIKA

Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər – STATISTIKA

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 15-i saat 12:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər xəsarət alıb.

Həmçinin, 1592 yaşayış evi, 79 çoxmərtəbili yaşayış binası və 290 mülki obyekt yarasız vəziyyətə düşüb.

CATEGORIES
TAGS