Erməni silahlı birləşmələri kvadrokopterlərlə kəşfiyyat uçuşları aparmağa cəhd göstərib

Erməni silahlı birləşmələri kvadrokopterlərlə kəşfiyyat uçuşları aparmağa cəhd göstərib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Azərbaycan Ordusunun Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.

Poliqon.az

CATEGORIES