
Ermənilərin Kəlbəcərdə basdırdığı minalar zərərsizləşdirilib
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
CATEGORIES Xəbərlər