Ermənistan Su-30 qırıcılarını Ukraynaya qarşı Rusiyaya göndərib

Ermənistan Su-30 qırıcılarını Ukraynaya qarşı Rusiyaya göndərib

Uzun illərdir Cənubi Qafqazda işğalçılıq siyasətini davam etdirən Ermənistan Rusiyanın Ukraynadakı işğalını dəstəkləmək və kömək məqsədilə qırıcılarını və pilotlarını Rusiyaya göndərib.

“Poliqon” “Haber Global”a istinadən xəbər verir ki, Ermənistan Ordusunun arsenalında olan cəmi 4 ədəd Su-30 tipli döyüş təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiya Ordusunun ixtiyarına verib.

Məlumatda o da qeyd olunub ki, Ukraynada canlı qüvvəsini və hərbi texnikasını itirən Rusiya Azərbaycanın Qarabağ bölgəsindəki müvəqqəti yerləşdirilmiş sülhməramlılarının bir qismini döyüşmək üçün Ukraynaya aparıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS