
Ermənistan Ordusunun zabitinin İrəvanda cəsədi aşkarlanıb.
Bu barədə “AzeriDefence” “Shamshyan.com” saytına istinadən məlumat verib.
Saytın yzdığına görə, aprelin 26-da “Nissan” markalı avtomaşında aşkarlanan cəsədin 31 yaşlı İrəvan sakini Armen Saturyana məxsus olduğu və onun infarktdan ölməsi aşkarlanıb.
Armen Saturyan Nubaraşen rayonundakı hərbi hissənin mühəndis xidmətinin rəisi olub.



