
Ermənistanda yeni müdafiə naziri təyin edilib
Ermənistan Prezidenti Armen Sarkisyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib.
“Poliqon” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Sarkisyan növbəti sərəncamla baş nazirin müavini Suren Papikyanı müdafiə naziri vəzifəsinə təyin edib.
Məlumat üçün qeyd edək ki, Papikyan əvvəllər Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri vəzifəsini icra edib. Daha sonra Paşinyanın müavini təyin edilib.
CATEGORIES Xəbərlər