
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusnun hərbi qulluqçusu şəhid olub
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
CATEGORIES Müdafiə