Ermənilər Dağlıq Qarabağda səfərbərlik elan etdi – YENİ

Cəbhədə yaranmış gərgin situasiya ilə əlaqədar Dağlıq Qarabağdakı separatçı rejim yerli əhalini toplanışlara cəlb etməyə başlayıb. Bu barədə “AzeriDefence.com” saytı erməni mediasına istinadən məlumat verib.

Separatşı rejimin “müdafiə qüvvələri” bu gündən bütün hərbi komissarlıqlara ehtiyyat qüvvələri hazırlığa cəlb etmək tapşırığı verib. Qarabağdan səfərbərliyə yararlı yerli əhalinin Ermənistana və İrana keçməsinin qarşısının alınması üçün tapşırıqlar verilib. Əsas magistrallarda hərbi polis və təhlükəsizlik əməkdaşlarından ibarət postlar qurulub.

Iyunun 7-si günorta saatlarında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan həmçinin Dağlıq Qarabağda yaz hərbi çağırışının müddətinin daha bir ay uzadılması barədə fərman imzalayıb. Qərara əsasən Dağlıq Qarabağ separatçılarının hərbi birləşmələrinə çağırışının müddəti iyulun 1-dək uzadılıb.

KATEQORIYA: