Ermənistan Ordusunun 3 hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistanın Müdafiə Nazirliyi faktı ictimaiyyətdən bir həftə gizlədibErmənistan ordusunun 3 xüsusi təyinatlısı Azərbaycanla sərhəddə, qoşunların təmas xəttinin neytral sahəsində minaya düşüb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Hadisə martın 31-də Tavuş əyalətinin Çinari kəndi yaxınlığında baş versə də, Ermənistan Müdafiə Nazirliyi aprelin 7-dək faktı ictimaiyyətdən gizlədib.

Qəzetin məlumatına görə, neytral zonadakı minalı sahədə baş vermiş hadisə zamanı yaralanmış hərbçilərdən biri zabit, ikisi isə müddətdən artıq həərbi qulluqçu olub. Partllayış zamanı hərbçilərdən birinin ayaqları qopub.

Minaya düşmüş şəxslərin adları da açıqlanıb. Bunlar baş leytenant Marat Qriqoryan, Xoren Saribekyan və Ovannes Vardanyanbdır.

Qeyd edək ki, eyni yerdə martın 19-da Ermənistan Ordusunun xüsusi təyinatlı taborunun mayoru Artak Şaxbazyan, martın 14-də kiçik serjant Sevay Aslikyan provokasiya törətməyə cəhd edərkən Azərbaycan əsgərləri tərəfindən öldürülüb.

KATEQORIYA: