Ermənistan və Misir müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırlaşır
Ermənistan və Misir müdafiə sahəsində əməkdaşlığa hazırlaşır. “AzeriDefence” saytının Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bununla bağlı hazırlanmış müqavilənin layihəsi fevralın 2-də Nazirlər Kabinetinin iclasınad müzakirə olunacaq.
Müqavilə layihəsində silahlı qüvvələrdə mülki idarəçilik, müdafiə sənayesi və silahlanma proqramları, hərbi təhsil və təlim, hərbi tibb, texniki dəstək və yardımlar, hərbi aviasiya, artilleriya və hava müdafiə, böhranların idarə edilməsi kimi sahələrdə əməkdaşlıq məsələlərinin yer aldığı bildirilir.
CATEGORIES Müdafiə