Ermənistanın Serbiyadan aldığı snayper tüfəngləri Dağlıq Qarabağdakı separatçı rejimdə – FOTO

Ermənistan müxtəlif ölkələrdən satın aldığı BMT hesabatlarında Ermənistan Respublikası üçün alındığı göstərilən silahların bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimə ötürür.

“AzeriDefence”nin məlumatına görə, Xankəndində mayın 9-da keçirilmiş “hərbi parad”da bunlar bir daha görünüb.

Beynəlxalq ictimaiiyyətin təzyiqlərinə məhəl qoymayan Dağlıq Qarabağdakı separatçı rejim yeni silahlarını nümayiş etdirib. Onların arasında Azərbaycanla yaxşı münasibəətləri olan Ukrayna və Serbiyadan satın aldığı atıcı silahlar diqqəti cəlb edib.

Dağlıq Qarabağdakı separatçı rejimin “xüsusi təyinatlı” bölmələrinin silahlanmasında Ermənistanın ötən il Ukraynadan satın aldığı son model “Kalaşnikov” avtomatları, eləcə də 2007-2008-ci illərdə Serbiyadan satın aldığı 12.7 mm çaplı M93 Black Arrow markalı snayper tüfəngləri nümayiş olunub.

Qeyd edək ki, BMT Adi Silahlar Reystrində yer almış məlumatlara görə, Serbiya 2007-ci ildə Ermənistana 250 ədəd M93 Black Arrow markalı snayper tüfəngi, Ukrayna isə açıqladığı məlumata görə, 2010-cu ildə Ermənistan Respublikasına 16500 ədəd avtomat satıb.

CATEGORIES