Müdafiə

EUCOM-un yüksək rütbəli nümayəndə heyəti Bakıya gəlir

Aprel ayının ortalarında ABŞ-ın Avropa Qoşunları Komandanlığının (EUCOM) yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə “AzeriDefence” EUCOM-a istinadən məlumat verib.

Bakıda keçiriləcək görüşlərdə Azərbaycan və ABŞ arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq, o cümlədən növbəti maliyyə ilində Birləşmiş Ştatlar tərəfindən Azərbaycana göstəriləcək yardımlar barədə müzakirələr aparılacaq. Müzakirələrin yekunu olaraq iki ölkə arasında Hərbi Əməkdaşlıq üzrə İş Planının təsdiq edilməsi gözlənilir.

Back to top button