F-35-lərin 25 mm-lik topları “General Dynamics”dən
“General Dynamics” şirkəti “F-35 Lightning II” proqramı çərçivəsində 25 mm-lik çoxlüləli GAU-22/A toplarını istehsal edəcək. “AzeriDefence”nin məlumatına görə, “General Dynamics”in bölmələrindən olan “General Dynamics Armament and Technical Products” bununla bağlı konsosiumla 24 mln. ABŞ dolları dəyərində müqavilə imzalayıb.
Şirkətin silah sistemləri üzrə baş meneceri Steve Elgin deyib ki, GAU-22/A topu etibarlılığı ilə fərqlənir. Taktik döyüş vəziyyətlərində “hava-hava” və “hava-yer” raketlərinin atəş imkanlarını artırır.
GAU-22/A top sistemi F-35A təyyarələrinin daxilində, F-35B və F-35C variantlarında isə xaricdə yerləşdiriləcək.
KATEQORIYA: Müdafiə