F-35B silahları ilə – FOTO
JSF layihəsi üzrə istehsal olunmuş F-35 B təyyarəsinin silahları ictimaiyyətə təqdim olunub. “AzeriDefence”nin bildirdiyinə görə, “Militaryphotos” saytı döyüş təyyarəsinin silah qınları ilə birgə fotosunu nümayiş etdirib.
Təyyarənin qanadları altına yerləşdirilmiş qınlarından məlum olduğu qədər F-35B modelinin silahlanmasına AIM-9X Sidewinder və AİM-120 AMRAAM raketləri daxildir. Təyyarə digər silah olaraq GBU-32 aviabombalarından istifadə edir.
Bundan başqa, F-35B 6×25 mm çaplı GAU-22 avtomatik topa malikdir.
Qeyd edək ki, F-35B qısa məsafədən qalxa və dikinə enmə (STOVL) imkanlarına sahibdir.
KATEQORIYA: Aerospace