F-35B – testlər uzadılmayacaq

Müştərək Hücum Təyyarəsi (JSF) proqramı çərçivəsində istehsal edilən F-35B tipli döyüş təyyarəsinin test müddəti uzadılmayacaq. “Lockheed Martin” şirkətinin heyəti və hərbçilərlə görüşdə çıxış edən ABŞ-ın müdafiə naziri Leon Panetta F-35B-ninin texniki xarakteristikasında əhəmiyyətli irəliləmələrə nail olunduğunu deyib. O qeyd edib ki, bu səbəbdən də F-35B variantı üçün sınaq müddəti artıq bitib.

Görüşdə bildirilib ki, artıq ABŞ-ın dəniz piyadaları F-35B-i öz silahlanmasına daxil edib. Yüksək manevrli uçuşlara malik olmaqla yanaşı, F-35B-nin təyinatına təyyarədaşıyanları, kiçik ölçülü desant gəmilərini və hərbi dəniz bazalarını bombardman etmək daxildir.

KATEQORIYA: