FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılıb

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına sənəd qqəbulu müvəqqəti olaraq dayandırılıb.

FHN-dən “Azeri Defence”ə verilən məlumata görə, buna səbəb respublikada yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsidir.

“Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır. Sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək”, – deyə Nazirlikdən bildirilib.

CATEGORIES
TAGS