Finlandiya F-35-lər üçün əlavə JASSM-ER raketləri alır

Finlandiya F-35-lər üçün əlavə JASSM-ER raketləri alır

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ABŞ-dan əlavə JASSM-ER (Joint Air-to-Surface Standoff Missile – Extended Range) raketlərinin satın alınmasını təsdiqləyib.

Bu barədə “Poliqon” Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Bildirilib ki, JASSM-ER-lər Finlandiya Hərbi Hava Qüvvələrində (HHQ) F/A-18 “Hornet” qırıcılarını əvəzləyəcək 5-ci nəsil F-35A qırıcıları tərəfindən istifadə olunacaq. Raketlərin Finlandiya HHQ-yə çatdırılması ilə bağlı işlər F-35A qırıcılarının tədarük cədvəlinə uyğun olaraq yerinə yetiriləcək.

Qeyd edək ki, “Lockheed Martin” şirkətinin istehsal etdiyi AGM-158B JASSM-ER raketlərinin Finlandiyaya satışı üçün lazımi icazə ABŞ Konqresi tərəfindən 2020-ci ildə verilib.

Həmçinin bax: Finlandiya F-35 qırıcılarının alınması barədə müqaviləni imzalayıb

CATEGORIES
TAGS