Finlandiya HHQ-nin ilk F-35A qırıcısının son montajı tamamlanıb

Finlandiya HHQ-nin ilk F-35A qırıcısının son montajı tamamlanıb

Finlandiya Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal edilən ilk F-35A döyüş təyyarəsinin “Lockheed Martin” şirkətinin zavodunda son montaj mərhələsi tamamlanıb.

“Poliqon” Finlandiya HHQ-yə istinadən xəbər verir ki, JF501 quyruq nömrəli təyyarə növbəti mərhələdə boya sexinə göndəriləcək.

Eyni zamanda, Finlandiyaya məxsus digər 7 ədəd JF seriyalı F-35A təyyarəsinin də son montaj prosesi başa çatıb. Bundan sonra onları da son sınaqlar və örtük işləri gözləyir.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Finlandiya Müdafiə Nazirliyi yeni döyüş təyyarələrinin alınması ilə bağlı keçirdiyi tenderdə F-35 qırıcılarını seçdiyini açıqlayıb. 2022-ci ilin fevralında isə Finlandiya Müdafiə Nazirliyi və “Lockheed Martin” arasında 8.37 milyard avro dəyərində 64 ədəd F-35-in tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

CATEGORIES