Finlandiyaya 70 ədəd M39 Block 1A ATACMS raket sistemi alır
ABŞ Finlandiyaya 70 ədəd M39 Block 1A ATACMS T2K taktiki raket sistemi satmağa hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Hərbi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı press-relizdə bildirilib.
Xarici Hərbi Satış (FMS) yolu ilə həyata keçiriləcək satış müqaviləsinin dəyəri 132 mln. dollardır. Artıq müqavilə barədə ABŞ Konqresi məlumatlandırılıb.
Göstərilən konfiqurasiyada ATACMS raketləri 300 kilometrə qədər atış diapozonuna malikdir. Müqavilə üzrə çatdırmaları Lockheed Martin şirkəti həyata keçirəcək.
KATEQORIYA: Müdafiə