“Flyboard Air” qurğusunun yenilənmiş versiyası test ediləcək

“Flyboard Air” qurğusunun yenilənmiş versiyası test ediləcək

Fransanın Xüsusi Əməliyyat Qüvvələri fransalı ixtiraçı Frenk Zapatanın “Flyboard Air” qurğusunun yenilənmiş versiyasını sınaqdan keçirməyə hazırlaşır.

“Poliqon” xəbər verir ki, Fransanın müdafiə naziri Florens Parlinin sözlərinə görə, “uçan skeyt”in silahlı qüvvələr üçün uyğunlaşdırılmış versiyası hazırlığın son mərhələsindədir və tezliklə xüsusi təyinatlılar tərəfindən sınaqdan keçiriləcək.

Planlaşdırılıb ki, “Flyboard Air” qurğusunum yeni versiyası daha avtonom, daha sakit olacaq və əsgərə “qollar və ayaqlar üçün azadlıq” verəcək. Xatırladaq ki, Fransa Silahlı Qüvvələri “Flyboard Air” qurğusunu 2018-ci ildə sınaqdan keçirib. Hərbi qurum sınaqların nəticələrinə əsasən uçan platformanın qoşunların istifadəsi üçün təkmilləşdirilməsi qənaətinə gəlmiş və onu maliyyələşdirməyə başlayıb. 2019-cu ildə isə Zapata öz ixtirası ilə Parisdə Bastiliya Günü münasibətilə keçirilən hərbi paradda iştirak edib.

Qeyd edək ki, baza versiyasında “Flyboard Air” qurğusu ümumi gücü 1000 at gücünə malik reaktiv mühərriklərlə təchiz edilib. Qurğu insanı 3000 m yüksəkliyə qaldırmağa və 150 ​​km/saat sürət yığmağa qadirdir. Uçuş müddəti insanın kütləsindən asılı olaraq dəyişə bilən yanacağın həcmi ilə məhdudlaşır.

Əvvəlcə “Flyboard Air” qurğusunun havada 10 dəqiqə qala bildiyi bildirilirdisə, sonra Zapata rekordunu 15 dəqiqəyə, daha sonra isə 22 dəqiqəyə çatdırıb. “Flyboard Air” qurğusunun inkişafının media və sosial mediada işıqlandırılması 2019-cu ildən dayandırılıb və bu, inkişafın orduya keçidini bir daha sübut edir.

Məlumat üçün bildirək ki, Frrnk Zapata ikinci cəhdində La-Manş boğazının üzərindən uçaraq keçib. Beləliklə, “Flyboard Air” qurğusunun ixtiraçısı onunla Fransadan Böyük Britaniyaya uçmağı bacarıb.

1.

Frenk Zapata “Flyboard Air” qurğusu üzərində

2.

Helikopterlərin müşayiəti ilə Frenk Zapata “Flyboard Air” qurğusu üzərində

3.

“Flyboard Air” qurğusu

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS