FNSS “Kaplan” zirehli döyüş maşınının hibrid versiyasını hazırlayıb

FNSS “Kaplan” zirehli döyüş maşınının hibrid versiyasını hazırlayıb

Türkiyənin FNSS şirkəti IDEF-2023 sərgisində “Kaplan” zirehli döyüş maşınının hibrid güc paketi ilə təchiz olunan versiyasını təqdim edib.

“Poliqon” FNSS-yə istinadən xəbər verir ki, sözügedən güc paketi şirkətin Tə-İn (tədqiqat və inkişaf) mərkəzində “Hibrid Güc Paketi” layihəsi əsasında hazırlanıb.

2023-cü ilin sonuna kimi kritik doğrulama sınaqlarına başlanması planlaşdırılan layihə ilə FNSS həm hazırkı məhsulları arasında yer alan və gələcəkdə istehsal ediləcəyi ehtimal olunan tırtıllı zirehli texnikalarına, həm də modernizasiyaya ehtiyac duyan digər tırtıllı zirehli texnikalara quraşdırıla biləcək hibrid güc paketi inkişaf etdirməyi hədəfləyir.

FNSS tərəfindən bu hibrid güc paketi 20 tonadək ağırlıqdakı tırtıllı texnikalar üçün hazırlanıb. Onun yaxın gələcəkdə ölçüsünün dəyişdirilməsi və müxtəlif tonajlı tırtıllı platformalar üçün istifadə edilməsi nəzərdə tutulur.

Bu yeni güc paketi döyüş və kəşfiyyat tapşırıqlarının icrası zamanı texnikaların səssiz işləməsini, uzun müddət müşahidənin aparılmasını, habelə yüksək enerji ehtiyacı olan yeni nəsil silah sistemlərinin effektiv şəkildə çalışmasını təmin edəcək.

“Kaplan Hibrid” zirehli döyüş maşını təchiz olunduğu hibrid güc paketi ilə istifadəçilərə aşağı yanacaq sərfiyyatı və üstün yolsuzluq performansı təqdim edir.

Poliqon.az

CATEGORIES
TAGS