Müdafiə

Fransa ordusu zirehli maşın parkını yeniləyir

Fransa Quru Qoşunları komandanlığı 2320 ədəd yeni VBMR zirehli maşının alınması barədə niyyətini açıqlayıb.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi məlumata görə, maşınların ilk partiyasının 2016-cı ildə təqdimatı nəzərdə tutulub. VBMR Fransa ordusunda VAB 4×4 zirehli maşınlarını əvəzləyəcək. Hazırda orduda VAB 4×4 markalı zirehli maşınların sayı 3,7 min ədəddir.

Zirehli maşının 4×4 modelinin çəkisi 9 ton, 6×6-nın isə 20 tondur. Maşının istehsalı zamanı ballistik müdafiəyə daha çox diqqət yetirilib, o cümlədən yeni rabitə avadanlıqları ilə təchiz olunub.

Back to top button