Fransa yeni aviadaşıyıcı inşa edəcək

Fransa yeni aviadaşıyıcı inşa edəcək

Fransa 2025-ci ildə yeni PANG (Porte Avion Nouvelle Generation) avisdaşıyıcısının inşasına başlamağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, perspektiv gəmi 2038-ci ildən etibarən köhnəlməkdə olan “Charles de Gaulle” atom aviadaşıyıcı gəmisini əvəz edərək Fransa donanmasının yeni flaqmanı olacaq.

Fransa Hərbi Dəniz Qüvvələrinin (HDQ) perspektiv flaqmanı 75.000 ton subasma qabiliyyətinə malik olacaq. Gəminin hər birinin istilik gücü 220 MVt olan iki K22 nüvə reaktoru ilə işləyəcəyi və böyük sayda aviasiya vasitələri daşıya biləcəyi qeyd olunur.

Fransada yeni aviadaşıyıcının inşası ilə bağlı planlar kifayət qədər uzun müddətdən bəri var. İndi PANG proqramının başlanması rəsmi olaraq elan edilib.

Bu gün Fransa HDQ-də yeganə aviadaşıyıcı gəmi “Charles de Gaulle” atom aviadaşıyıcı gəmisidir. Əvvəlcə eyni tipli iki aviadaşıyıcının inşası planlaşdırılırdı, lakin baş gəminin baha olması səbəbindən onlardan ikincisinin tikintisi ləğv edilib. Yeni aviadaşıyıcı “Charles de Gaulle” gəmisindən əhəmiyyətli dərəcədə böyük olacaq. Gəminin uzunluğu 261,5 m, eni 80 m və subasma qabiliyyəti 75.000 tondur.

C aviaqanadında 40-a qədər təyyarə (qırıcı, radio-kəşfiyyat təyyarələri, helikopterlər) ola bilər. Bu zaman gəmi 100-ə qədər təyyarə daşıya biləcək. Aviadaşıyıcı gəminin heyətində ​​(aviaqanad və desant daxil olmaqla) təxminən 2000 nəfər olacaq. Aviadaşıyıcını 900 nəfərlik heyət idarə edəcək. Aviaqanad isə 600 nəfərdən ibarətdir. Daxili göyərtələrə zirehli texnikası olan daha 1100 nəfər desant yerləşdiriləcək. Gəmi iki həftəlik aktiv döyüş əməliyyatları üçün döyüş sursatı və təchizat da daşıyacaq.

Aviadaşıyıcı gəminin baza aviaqanadında 2 ədəd “E-2D Advanced Hawkeye” aviasiya xəbərdarlıq və nəzarət sistemi (AWACS – Airborne Warning and Control System) təyyarələri, 5 ədəd NH90 NFH “Caïman Marine” / H160M “Guépard Marine” helikopterləri və döyüş pilotsuz uçuş aparatları ilə tamamlanacaq 36 ədəd yeni nəsil “Rafale M” qırıcının olacağı planlaşdırılır.

Qeyd edildiyi kimi, PANG gəmisinin inşasına başlanılması 2025-ci ilə, aviadaşıyıcı gəminin sınaqlara çıxarılması isə 2036-cı ilə planlaşdırılır. Planlara əsasən, yeni gəmi 2038-ci ildən etibarən, hazırkı aviadaşıyıcı “Charles de Gaulle” gəmisinin istismardan çıxarılma vaxtı çatanda Fransız donanmasının silahlanmasına daxil olmalıdır.

pang1

PANG layihəli aviadaşıyıcının renderi

pang2

PANG layihəli aviadaşıyıcının proyeksiyası

pang3

“Charles de Gaulle” aviadaşıyıcı gəmisi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS