POLİQON hərbi-kosmik texnoloji jurnalının 2 (76) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 2 (76) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının aprel-may 2025-ci il tarixli 2-ci (76) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Əbu-Dabidə keçirilmiş IDEX-2025 və NAVDEX-2025 sərgiləri – II HİSSƏ, Minskdə baş tutmuş MILEX-2025 sərgisində təqdim edilən məhsullarla bağlı məlumatlar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla müsahibə, “Beynəlxalq müdafiə sənayesi sərgilərinin zirehli döyüş texnikalarının inkişafında və satışında rolu: müasir meyllər və perspektivlər”, “Mühəndis qoşunlarının mexanikləşdirmə vasitələri, yeni nəsil maskalanma dəstləri – II HİSSƏ”, “ASELSAN-ın radioelektron mübarizə POD ailəsi”, “MKE yaradılmasının 75-ci ildönümünü qeyd edir”, “Qlobal bazarda təklif olunan müasir zərbə helikopterləri”, “YILTEX məhsulları Azərbaycan Silahlı Qüvvələrinə təklif edilir”, “STM PUA-ları üç qitədə 10-dan çox ölkədə xidmət göstərir”, “Otokar”ın COBRA II zirehli nəqliyyat vasitələri Rumıniyada istehsal olunacaq” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES
TAGS