
Fransada 300-cü “Rafale” qırıcısı istehsal edilib
Fransanın “Dassault Aviation” şirkəti 300-cü “Rafale” qırıcı təyyarəsini istehsal edib.
“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, bu nailiyyət öz kateqoriyasında çoxfunksionallığı və sübut olunmuş döyüş effektivliyi baxımından bənzəri olmayan “Rafale” qırıcısının əməliyyat, sənaye və kommersiya uğurunu əks etdirir.
Qeyd olunub ki, indiyə qədər Fransa və səkkiz xarici ölkə tərəfindən ümumilikdə 533 ədəd “Rafale” sifarişi verilib. Beləliklə, onlardan 233 ədədi hələ çatdırılmalıdır və şirkət sifarişləri vaxtında yerinə yetirmək üçün istehsal tempini ayda 4 təyyarəyə yüksəltməyi planlaşdırır.